Elektrik xəttində baş verən qısaqapanma Dağıstan Respublikasında (Rusiya) 42 yaşayış məntəqəsinin işıqsız qalmasına səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi məlumat yayıb.
"Xəttdəki qısaqapanma nəticəsində Dağıstan Respublikasının 4 bələdiyyə rayonunun 42 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində qəza xarakterli kəsintilərin qeydə alınması barədə məlumat daxil olub. Elektrik kəsintisi zonasına Aquşinski, Axtınski, Şamilski və Tsuntinski rayonları daxildir", - qurumun rəsmi məlumatında deyilir. Dördpendirli pizza
Qəza-bərpa işlərinin aparılması üçün 28 mütəxəssis və 8 ədəd xüsusi texnika cəlb olunub./Report
Telegram kanalımız