Daha bir erməni hərbçi fərarilik etdi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir erməni hərbçi fərarilik etdi

Hadisə

22 May 2021 17:37 1007


Ermənistan silahlı qüvvələrinin hərbçisi Vardenisdəki hərbi hissəni özbaşına tərk edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçinin itkin düşməsi ilə bağlı bəyanat 18 may axşamı hərbi polisə daxil olub.

Sıravi N.Mkrtçyanın həmin gün bölmənin təhlükəsizlik zonasını icazəsiz tərk etdiyi ortaya çıxıb. Hərbi polis bu hadisə ilə bağlı materiallar toplayır.

Xatırladaq ki, Ermənistanda ordudan yayınma hallarına tez-tez rast gəlinir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!