Daha bir erməni komandir həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Daha bir erməni komandir həbs edildi

Rəsmi

24 İyun 2021 14:10 1282


Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı olan “Manax” ləqəbli Artur Ayvazyan həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Ayvazyan iyunun 20-də saxlanılıb, daha sonra barəsində həbs qərarı verilib. Onun vəkili Ara Zakaryan daha əvvəl bildirib ki, Ayvazyan müddətsiz aclıq aksiyasına başlayıb. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ona qarşı siyasi təqiblər aparıldığını düşünür.

O, xuliqanlıqda ittiham olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!