Daha bir məşhur şərhçi “İdman” TV-dən ayrıldı - Foto
15 Sen 2020 21:42
436

Daha bir məşhur şərhçi “İdman” TV-dən ayrıldı - Foto

"İdman" TV-də daha bir ayrılıq yaşanıb.

Yenisabah.az xəbər verir ki, tanınmış idman jurnalisti, şərhçi İsmayıl Abdullayev "İdman” TV-dən ayrılıb.

Abdullayev bu yaxınlarda "Neftçi” TV ilə əməkdaşlığa başlamışdı. Eyni zamanda vurğulamışdı ki, paralel olaraq "İdman”dakı işini də davam etdirəcək.

Ayrılıq barədə İsmayıl Abdullayev özünün "Facebook” səhifəsində yazıb: "11 illik "İdman TV" karyerama artıq son qoydum. Bu müddət ərzində qazandığım dost və qardaşlardan ayrılmağın çox çətin olacağını bilirəm. Ən əsası, ikinci evimdən, ailəmdən uzaqlaşmaq ağırdır. Amma sizin kimi tamaşaçı, izləyici qazandığım üçün çox xoşbəxtəm. Ümid edir və inanıram ki, bu seçimim xeyirli-uğurlu olacaq”.

Xatırladaq ki, bir müddər əvvəl Ramiz Mirzəzadə "İdman” TV-ni "CBC Sport”a dəyişmişdi. 

Daha bir məşhur şərhçi “İdman” TV-dən ayrıldı - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər