Əvvəllər harada olduğunu gizlədən müğənni Vera Brejneva Rusiyadan getdiyini təsdiqləyib.
Yenisabah.az Cosmo.ru-ya istinadla xəbər verir ki, bundan əvvəl mediada müğənninin kiçik qızının Polşada olması ilə bağlı məlumatlar yayılmışdı.
“Mən humanitar yardım məntəqəsində könüllüyəm, amma Polşada yox. Bir aydır ki, İtaliyada. Bütün Avropada satış məntəqələri var", - deyə Brejneva etiraf edib. Marqarita pizza
Vera Brejneva İtaliyanı sevir və ilin bir neçə ayını orada keçirir. Konstantin Meladze ilə toyu da məhz bu ölkədə olub.
Müğənni Vera bildirib ki, əri indi birinci evliliyindən olan uşaqları ilə Kiyevdədir və vaxtaşırı bomba sığınacaqlarında gizlənməyə məcbur olur.
Telegram kanalımız