Daha bir universitetdə qızılcaya yoluxma aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir universitetdə qızılcaya yoluxma aşkarlandı

Sosial

25 Noyabr 2023 13:04 607


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsində qızılcaya yoluxma faktı aşkarlanıb. 

Yenisabah.az xəbər verir ki, bu, 2003-cü il təvəllüdlü Dövlətov Murad Vidadi oğludur. 

Tələbə xəstəliyi ilə əlaqədar olaraq tibb müəssisəsinə müraciət edib. Müayinələrdən sonra ona qızılca diaqnozu qoyulub.  Toyuqlu pizza

AzMİU-dan İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbə qızılcaya universitetdən kənarda yoluxub və artıq sağalıb. 

Qeyd edilib ki, tələbə artıq dərslərini davam etdirir. 

Bundan əlavə, hazırda universitetin başqa tələbəsində yoluxma halı aşkarlanmayıb.

Xatırladaq ki, son günlər Azərbaycanda qızılcaya yoluxma halları müşahidə edilir. Daha əvvəl isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad Filialının üç tələbəsində qızılcaya yoluxma faktı aşkarlanmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!