Daha iki şəhid övladına hesab açılacaq - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Daha iki şəhid övladına hesab açılacaq - Fotolar

Sosial

20 Fevral 2021 17:21 921


Daha iki şəhidimizin yeni doğulan övladlarının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Yenisabah.az xəbər verir ki, Fonddan verilən məlumata görə, şəhidimiz Elşad Məmmədovun övladı Elşadın və şəhidimiz Emin Ağazadənin övladı Emiliyanın analarına 1000 manat təqdim olunub və körpələrin adına 5000 manatlıq hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Bu məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Dominos pizza

Qeyd edək ki, müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!