Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş

saytların hazırlanması

Evə çatdırılma

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş

Sosial

08 Avqust 2026 09:39 96


Avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi davada 39 yaşlı Azər Yusifov qətlə yetirilib.

Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, öldürülən şəxs vəkil Araz Yusifovun qardaşı imiş.

Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib. Sezar pizza

O, ailəli olub, 2 uşaq atası idi.

Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!