Daşkəsəndə selin ziyan vurduğu yollar və körpülər bərpa edildi

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə selin ziyan vurduğu yollar və körpülər bərpa edildi

Sosial

09 Avqust 2024 20:23 522


Daşkəsən rayonunda sel sularının ziyan vurduğu yollar və körpülər bərpa edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyəti və müvafiq qurumlar tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması istiqamətində işlər davam etdirilib.

Tapan, Alaxançallı, Təzəkənd, Əmirvar və Kəmərqaya kəndlərində təbii fəlakətin ziyan vurduğu yollar və körpülər daxili imkanlar hesabına bərpa olunub. Habelə yolların keçdiyi çaylar ürzərindəki körpülər və su keçidləri sel sularının gətirdiyi palçıq və daş kütlələrindən təmizlənib, bəzi yerlərə çınqıl-torpaq örtüyü salınıb, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib. Dominos pizza

Qeyd edək ki, rayon ərazisinə yağan intensiv leysan yağışlarının yaratdığı güclü sel nəticəsində bir sıra kəndlərdə çaylar məcrasından çıxaraq daşıb, yollara, körpülərə və su keçidlərinə ciddi ziyan vurmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!