David Tonoyan Azərbaycan Ordusunun gücünü etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

David Tonoyan Azərbaycan Ordusunun gücünü etiraf etdi

Hadisə

11 Noyabr 2020 11:53 1310


Qarabağ müharibəsini başa çatdırmaq barədə razılaşmanın Ermənistan üçün xəyanət kimi qiymətləndirilməsi təhqiredicidir.

Yenisabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

O bildirib ki, Ermənistan ordusu və Müdafiə Nazirliyinin bütün sistemi uğur qazanmaq üçün əlindən gələni edib.

Nazir əlavə edib ki, Ermənistanın silah və texnika tədarükü ilə tam blokadası şəraitində mübarizə apardığı geosiyasi vəziyyət yaranıb.

“Biz çox böyük bir qüvvəyə - yüksək səviyyədə silahlanmış Azərbaycan ordusuna qarşı mübarizə aparırdıq. Məndən deyə soruşa bilərsiniz ki, biz niyə silahlanmadıq. Biz də silahlı idik, ancaq say və resurslar baxımından qüvvələr qeyri-mütənasib idi”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!