Dayanacaqda saxlayan “BMW” sürücüsü cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Dayanacaqda saxlayan “BMW” sürücüsü cəzalandırıldı

Sosial

21 Fevral 2026 14:38 425


Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağının içərisinə park edib.

“Yeni Sabah” Avtosfer.az-a istinadən xəbər verir ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW”nin belə park olunması nəticəsində avtobuslar sərnişinləri dayanacaqdan kənarda saxlayaraq mindirib-düşürməli olublar. Bu, həm digər sürücülərin yolunu kəsərək sıxlığa səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.

Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, “BMW” markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib: “Onun barəsində AR İXM-nin 346.2-ci ( ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!