Dayanacaqlardan Milliön terminalları niyə yığışdırılır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dayanacaqlardan Milliön terminalları niyə yığışdırılır? - Açıqlama

Sosial

16 Sentyabr 2022 15:09 1035


Son zamanlar Milliön terminallarının yerləşdirilidiyi əsas dayanacaqlardan yığışdırılması vətəndaşlar arasında narazılığa səbəb olub. 

“Yeni Sabah” xəbər verir ki, vətəndaşların dəfələrlə cavabdeh şəxslərlə əlaqə saxlamağına baxmayaraq, kənar müdaxilələr əsas gətirilərək yeni terminallar yerləşdirilmir. Son günlər isə 65, 85 və digər marşrut xətlərinin sonuncu dayanacaq məntəqələrindən də terminalların yığışdırıldığı bildirilir.

Mövzu ilə bağlı "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev “Yeni Sabah”a bildirib ki, xeyli vaxtdır paytaxtın müxtəlif yerlərində quraşdırılmış ödəniş aparatları sökülərək götürülür: “Artıq avtobus xəttllərinin son dayanacaqlarındakı aparatların da sökülərək götürülməsini müşahidə edirik. Təəssüf ki, sökülən qurğuların yerinə yeniləri quraşdırılmır. Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Aparatların quraşdırılması, onlara nəzarət və texniki xidmətin göstərilməsi daşıyıcı şirkətin səlahiyyətində olan məsələ deyil.” Sezar pizza

Nəzrin Cavadzadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!