DÇ-2026-nın autsayderinin səkkiz oyunçusunda dopinq aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026-nın autsayderinin səkkiz oyunçusunda dopinq aşkar edildi

İdman

03 İyul 2026 20:39 120


Dünya çempionatının (DÇ-2026) gedişində Tunis yığmasının ən azı səkkiz futbolçusunun dopinq-testi müsbət nəticə verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, idmançıların nümunələrində klenbuterol maddəsi aşkar edilib ki, bu da komandanın Meksikadakı düşərgəsində yedikləri ətlə əlaqələndirilir. Qəzet iddia edir ki, rəsmi şəxslər qadağan olunmuş bu maddənin futbolçular tərəfindən bilərəkdən qəbul edilmədiyi qənaətindədirlər. Dördpendirli pizza

Xatırladaq ki, Tunis seçməsi DÇ-2026-nın qrup mərhələsində İsveç (1:5), Yaponiya (0:4) və Niderlandla (1:3) oyunlarda məğlubiyyətə uğrayaraq pley-offa adlaya bilməyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!