“Dedim ki, oğlum şəhid olubsa mənə deyin, gedib anasını təbrik edim”

saytların hazırlanması

Evə çatdırılma

“Dedim ki, oğlum şəhid olubsa mənə deyin, gedib anasını təbrik edim”

Sosial

05 İyul 2024 11:12 632


Dünyanın yaşını bilən varmı? Dünya bərqərar olandan bəri nə qədər insan doğulub? Nə qədər mətn yazılıb? Onlardan neçəsi qalıb? 

Bunu heç tarixçilər də bilmir. 

Hər kəsin bildiyi bir həqiqət var: Yalnız adını tarixə yazdıranlar qalıb. Onlar öz ömür yolları ilə tarixə çevriliblər...  pizza hut

Cavidan Ağayev də belə qəhrəmanlardan biridir. Sağlığında adını tarixə yazdıran, tarixləşən igiddir Cavidan. Bu dünyada cəmi 18 il ömür sürsə də, dünya qaldıqca, Cavidan da qalacaq. 

Tarix qəhrəmanları unutmur! 

Cavidan Mirzəağa oğlu Ağayev 16 iyul 2001-ci ildə Bakı şəhərində anadan olub. 

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 

Azərbaycan Ordusunun əsgəri olan Cavidan Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub. Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavidan Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavidan Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 

Anası Gülnarə Ağayeva: "Cavidan tərbiyəli, sakit, istiqanlı, ən əsası isə vətənpərvər oğul idi. Onu ovcumun içində böyütmüşdüm, Bəlkə də sizə qəribə gələcək, yeməyini də mən yedizdirirdim. Bir dəfə dedim ki, bu uşaq sabah əsgər gedəcək. Orada neyləyəcək? Dedi ki, ay ana, nə qədər ki, yanındayam, özün məni yedizdir, sonrasına baxarıq". 

Atası Mirzəağa Ağayev: "Ən böyük arzum işğaldakı torpaqlarımızın azad olunması idi. Mən öz arzuma çatdım. Cavidanın da arzusu şəhid olmaq idi. O da öz arzusuna çatdı. Azərbaycanda həmişə Cavidanlar olub. Bundan əvvəl də olub, gələcəkdə də olacaq. Gələcəkdə Cavidanın adını nəvələrimə verəcəm. O, nəvələrimin timsalında yaşayacaq. Bu da bizim üçün bir təsəlli olacaq. 

Qəhrəmanlar yurdu yaşatmaq üçün doğulur. Cavidan şəhadətə yüksələndə bunu əvvəlcə məndən gizlətmək istədilər. Dedim ki, ay bala, qorxmayın, deyin. Əgər oğlum şəhid olubsa mənə deyin, gedib anasını təbrik edim. Oğlumla qürur duyuram". 

Dostu Mehdi Cəfəri: "Cavidan çox ürəyitəmiz, dürüst oğlan idi. Yalan danışmağı xoşlamazdı. Müsbət aurası vardı. Ürəyim sıxılanda onun yanına gedirdim. Onunla ünsiyyət insanı xoşbəxt edirdi". 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!