“Dedim ki, “Xəzər” işləyəcəyim kanal deyil” - Aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Dedim ki, “Xəzər” işləyəcəyim kanal deyil” - Aparıcı

Şou

06 Oktyabr 2022 16:18 1159


Aparıcısı Aytən Səfərova Xəzər TV-nin 15 yaşına dair paylaşım edib.

Yenisabah.az xəbər verir ki, "Xəbər ertəsi" verilişinin aparıcısı "Instagram" hesabında yazıb:

"Yadımdadır, 2015-ci ildə mən ANS-dən öz ərizəmlə çıxdıqdan 1 gün keçməmişdi. Mənə ATV, AzTV və "Xəzər"dən təkliflər gəldi. pizza sifarişi

"Xəzər"dən zəng edən mötəbər şəxsə o vaxt "Mənim işləyəcəyim və özümü gördüyüm telekanal deyil" cavabını vermişdim. Sonralar bu cavabımın "cəzasını çəkdim", "çəkdirdilər"... Bütün bunlar məni daha da güclü etdi. Və bu gün "Xəzər TV" hər bir peşəkarın çalışmaq istədiyi 1 nömrəli televiziyadır! 25 illik əziyyət, zəhmət, enişli-yoxuşlu TV və Radio yolumun (bəlkə də) sonunda Tanrıdan bir hədiyyədir mənə bu gün "Xəzər"də olmaq.

Doğma "Xəzər"imiz! Yaxşı ki, varsan".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!