Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə məsələyə tanınmış müğənni Nura Suri də münasibət bildirib. Xanım sənətçi insanlara müraciət edərək sağlam qidalanmağı məsləhət görüb:
“Dəfələrlə yazmışam səhifəmdə, yeməyimizə diqqət etməliyik. Marketlərdə, restoran və kafelərdə diqqətli olun. Daha çox təbii kənd məhsullarına üstünlük vermək vacıbdir. Marqarita pizza
Bu qədər xəstə uşaqların sayının artması da qida ilə əlaqəlidir. Məktəbə gedən övladlarımızın çantasına evdə hazırlanmış qida qoymaq lazımdır. Mən hər zaman belə edirəm. Ət, toyuq, yumurta və süd məhsullarını çox istifadə etməyin ya da kəndlərdən ev məhsulları alın. Mən evimə yalnız dəyirmanda üyüdülmüş un alıram (Gəncə və Bərdədən gətizdirirəm) və çörəyi özümüz bişiririk evdə. Mağazada satılan unun qiymətindən daha sərfəli qiymətədir dəyirmanda üyüdülən un. Süddən özümüz evdə qatıq və kəsmik hazırlayırıq. Vallah, çətin deyil bunları etmək. Özünüzü qoruyun!”
Telegram kanalımız