Dəhşətli qəzanın yeni detalları: Gəmidəki 10 dənizçinin kimliyi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli qəzanın yeni detalları: Gəmidəki 10 dənizçinin kimliyi açıqlandı

Şou

03 Sentyabr 2026 10:45 32


Mərmərə dənizində baş verən gəmi qəzasından sonra itkin düşən 10 türk dənizçinin axtarışları davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, hadisə Silivri sahillərindən təxminən 18 mil cənubda baş verib. Kocaelidən Əliağaya gedən 90 metrlik “Alsu” tankeri ilə İskəndərun limanından Qara dəniz Ereğliyə hərəkət edən “Tuğberk İmamoğlu” adlı quru yük gəmisi toqquşub.

Toqquşmadan sonra “Tuğberk İmamoğlu” təxminən 11 dəqiqə ərzində batıb. Gəmidə olan 10 nəfərlik heyətin hamısının Türkiyə vətəndaşı olduğu bildirilib. Hazırda onların heç birindən xəbər yoxdur. Toyuqlu pizza

Axtarış-xilasetmə əməliyyatına Sahil Mühafizəsi, Sahil Təhlükəsizliyi, Hərbi Dəniz Qüvvələri, AFAD, Silivri Bələdiyyəsi və Qızıl Aypara daxil olmaqla 18 üzən vasitə, 5 helikopter, 2 pilotsuz uçuş aparatı və 1 təyyarə cəlb olunub. Dənizin altında axtarış aparmaq üçün xüsusi gəmidən də istifadə edilir.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, toqquşmanın saat 03:15 radələrində baş verdiyi ehtimal olunur. Gəmiyə məxsus EPIRB cihazından saat 03:26-da fövqəladə siqnal alınıb. Bu məlumatlara əsasən, gəminin təxminən 11 dəqiqəyə batdığı müəyyənləşdirilib.

Qəzanın baş verdiyi ərazidə dənizin dərinliyinin 800-900 metr olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma başlanıb. Gəmilərin hərəkət, radar və rabitə qeydləri incələnir. Toqquşmadan əvvəl iki gəminin kapitanlarının radio vasitəsilə əlaqə saxladığı da məlum olub.

“Tuğberk İmamoğlu”nun İskəndərundan Qara dəniz Ereğliyə təxminən 4 min 199 ton rulon sac və metal yükü apardığı bildirilib.

Gəmidəki 10 dənizçinin kimliyi də açıqlanıb:

Kapitan: Yaşar Kayhan

1-ci zabit: Rahmi Temel

3-cü kapitan: Atakan Alagöz

Baş mexanik: Aydın Demirci

2-ci mexanik: Gencer Aydın

Yağçı: Eyüp Enes Cesur

Göyərtə lostromosu: Nidai Duman

Usta gəmiçi: Nacican Keskin

Gəmiçi: Onuralp Demir

Aşpaz: Abdülbaki Mirzaoğlu.

 Axtarış-xilasetmə işləri davam etdirilir. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!