Dəniz qumunun bilmədiyimiz faydaları - Bu xəstəliklərin dərmanıdır

saytların hazırlanması

Evə çatdırılma

Dəniz qumunun bilmədiyimiz faydaları - Bu xəstəliklərin dərmanıdır

Sosial

03 İyul 2023 16:16 3307


Çimərliklərdə bir-birini quma basdırmaq bu məkanın ən əyləncəli oyunlarından biridir. Dəniz qumunun faydaları isə heç də əyləncəsindən az deyil. 

Mövzu ilə bağlı  Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev Yenisabah.az-a danışıb.  O, dəniz qumunun faydaları və kimlərə zərər verə biləcəyini açıqlayıb:

"Təbii ki, dəniz qumunun müxtəlif faydaları var. Amma baxır hansı insanı, hansı bədəni "basdırırsan". Dəniz kənarında maşınlar, asfalt yoxdur, ekoloji cəhətdən havası təmizdir, dəniz kənarındakı hava yodludur. Dənizdəki qum dənəciklərinin insan bədənini stimulə edici, qıcıqlandırıcı təsiri də var. Həmin qıcıqlandırıcı təsirlər sinir sakitliyinə, yodlu, oksigen dolu hava insan orqanizminə mütləq xeyir edir. Dəniz suyu xüsusən də bədəndə termik tənzimlənməni normaya salır, immunitetə möhkəmləndirici təsir göstərir, orqanizmin müdafiə gücünü artırır. Bu zaman bədən hər hansı problemi özü həll edə biləcək gücdə olur. Sağlamlıq da məhz budur. Ona görə də dəniz havası, qumda ayaqyalın gəzmək bədəndə yatmış hüceyrələri qıcıqlandırır. Adi bir misal çəkim, o vaxt kəndlərdə yaşayanların ayaqlarını tez-tez gicitkən dalayırdı. Həmin insanlarda revmatizmaya, oynaq ağrılarına nadir hallarda rast gəlinərdi, çünki gicitkən dalaması da bir növ qıcıqlanmadır. Onun revmatizmaya köməyi dəyir. Dördpendirli pizza

Ona görə mən hər fürsətdə deyirəm ki, uşaqları qumda, asfaltda, daşlı-kəsəkli yerdə gəzdirin ki, ayaqlar qıcıqlansın, bədən sistemi oyansın. Bunlar bədənə çox müsbət təsir edir".

A.Əliyev qeyd edib ki, dəniz və qum yorğunluğu aradan qaldırır, həmçinin antidepressan təsirə malikdir. Lakin təzyiq, şəkər, ürək xəstəliyi olan insanların ayaqlarını quma basdırması sağlamlığa daha böyük ziyan vura bilər: 

"Dəniz və qum psixoloji cəhətdən də yaxşıdır, insan sinirlərində sakitlik yaradır, daxili olaraq insan rahatlayır, hüzur dolu olur. Bu səbəbdəndir ki, dəniz kənarında yeyilən yüngül qidalar, hətta pendir, pomidor, çörək belə insana xoş təsir edir, iştahla yeyirsən, yaxın yoldaşlarla maraqlı söhbət edirsən, internetdən, sosial şəbəkələrdən uzaqlaşırsan. Bunlar hamısı insana psixoloji cəhətdən çox yaxşı təsir edir. Bunların fonunda qum vannası da qəbul etdikdə, insan ikiqat sakitləşir. Amma təbii ki, bütün bunlar ayrı-ayrılıqda deyil, kompleks şəkildə olduqda daha müsbət təsir edir.

Onu da qeyd edim ki, insan bədənində yaranmış psixoloji, patoloji xəstəliklərin mənfi yükünü torpaq özünə çəkir. Dəniz qumu da dəniz suyunun bütün keyfiyyətlərini özündə cəmləşdirən torpaqdır. Qumun həm qıcıqlandırıcı təsiri, həm də mənfi yükü özünə çəkmək qabiliyyəti çox güclüdür. Bu baxımdan ağır patoloji halı olmayan insanlara dəniz havası da, quma basdırılmaq da xeyirlidir. Lakin yeni infarkt keçirən, hipertoniyası, insultu olanlar, ağır şəkər xəstələri ehtiyatlı olmalıdır. Onlar üçün isti quma basdırılmaq təhlükəli ola bilər. Bundan əlavə, quma basdırılma günorta saat 12-ə qədər, yaxud axşam 5-dən sonra olarsa, daha faydalı olacaq". 

Əsmətxanım Rzazadə 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!