Dənizdə batan bank müdiri tanınmış prokurorun qardaşı oğludur   - Yeni təfərrüatlar

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə batan bank müdiri tanınmış prokurorun qardaşı oğludur - Yeni təfərrüatlar

Hadisə

21 İyun 2020 16:57 3328


Xəbər verdiyimiz kimi, dünən 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlu Bakıda dənizdə boğularaq həlak olub. 

Yenisabah.az xəbər verir ki, Yusif Məmmədovun yaxınlarının verdiyi məlumata görə, o, dənizdə batmaq təhlükəsi olan uşaqları xilas edərkən həyatını itirib. 

Belə ki, Yusif Məmmədov dənizdə batmaq təhlükəsilə üzləşən və buna görə kömək istəyən uşaqlardan birini xilas etdikdən sonra, ikincisini sahilə çıxarmaq üçün gedib. Bu zaman özü burulğana düşərək həlak olub. Toyuqlu pizza

Qeyd edək ki, sözün həqiqi mənasında qəhrəmanlıq göstərən Yusif Məmmədov “Xalq Bank”ın "Mərkəz " filialının müdiri olub. Həm işlədiyi bankda, həm də dostları, yaxınları arasında böyük nüfuz sahibi olan Yusif Məmmədovun özünün də iki övladı var. 

Onu da qeyd edək ki, Yusif Məmmədov tanınmış prokuror, təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun qardaşı oğludur.   /AzPolitika.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!