Xəzər dənizinin Lənkəran rayonu sahillərinin nəzarətsiz ərazisində çimmək qadağan olunub.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu addım son günlərdə rayon ərazisində dənizdə batan şəxslərin artmasına görə atılıb.
FHN-nin dalğıc-axtarış qrupu Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə qabaqlayıcı tədbirlər görüb. Artıq çimərlikdə “Çimmək qadağandır” lövhələri quraşdırılıb. Eyni zamanda, qadağan lentləri çəkilib, həmçinin, dənizin içərisinə doğru 120 metr uzunluğunda, 50 metr enində şarlar yerləşdirilib. Marqarita pizza
Bu tədbirlərin dənizin digər nəzarətsiz ərazilərində də davam etdirilməsi nəzərdə tutulub.
Telegram kanalımız