Milli Hidrometeorologiya Xidməti Azərbaycanda müşahidə olunan faktiki havanı açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bir sıra rayonlarında leysan xarakterli yağış yağır. O cümlədən Göygöl, Gədəbəy, Gəncə, Salyan, Qobustan, Şamaxı, Şəmkir, Ceyrançöl, Zaqatala, Şəki, Qax, Neftçalada.
Bununla yanaşı Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Goranboyda 22 m/s, Tərtərdə 20 m/s, Altıağacda 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək şimal-qərb küləyi güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb. Dördpendirli pizza
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağışlı və küləkli hava şəratinin avqustun 5-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır.
Telegram kanalımız