Dənizdə dalğanın hündürlüyü 4 metrəni keçdi - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə dalğanın hündürlüyü 4 metrəni keçdi - FAKTİKİ HAVA

Sosial

17 Oktyabr 2023 16:52 304


Oktyabrın 17-si saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli, qeyri-sabit hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabirabad, Cəfərxan, Biləsuvarda arabir yağış yağıb. Marqarita pizza

Şimal-qərb küləyinin maksimal sürəti arabir Naftalanda 28 m/s, Altıağac, Ağstafada 22 m/s, Şabran, Bərdə, Gəncədə 20 m/s, Tərtər, Ceyrançöldə 18 m/s, Yevlaxda 17 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 30-34 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 4,2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək isti, Naxçıvan MR-da 21 dərəcəyədək isti, Aran rayonlarında 25 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!