“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
19 Sen 2020 17:05
384

“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar

“Beynəlxalq Sahilyanı Təmizlik Günü” və çimərlik mövsümünün başa çatması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında Sumqayıt şəhəri Corat qəsəbəsinin dəniz sahilində təmizlik aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Gənc Avropa Səfirlərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin, “AzEkol” şirkətinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Aksiya zamanı 5 hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.

“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirildi - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər