Deputat bir həftədə 3 tələbənin ölümündən danışdı: “Əksər ali təhsil müəssisələrində...”

saytların hazırlanması

Evə çatdırılma

Deputat bir həftədə 3 tələbənin ölümündən danışdı: “Əksər ali təhsil müəssisələrində...”

Sosial

01 Noyabr 2023 14:45 1014


Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Elmin Rzayev ürəktutmadan vəfat etdi. 

O,  son 1 həftədə qəfil vəfat edən sayca üçüncü tələbə oldu. 

Bəs görəsən, gənclərin bu yaşda ürək problemlərinin səbəbi nədir? Bunu dərs yükünün ağırlığı, təhsil haqqının çox olması və stresslə əlaqələndirmək olarmı?  pizza hut

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, tələbələr məcburi şəkildə tibbi müayinələrdən keçirilməlidir:

“Sağlamlıq, intihar kimi məsələləri hər zaman təhsillə, dərslərlə əlaqələndirmək düzgün deyil. Məsələn, biz vaxtilə 700 balla universitetə daxil olan tələbənin intihar etdiyini görmüşük. Bunlar fərdi aktlardır. Ancaq ürəktutmadan tələbələrin dünyasını dəyişməsi çox düşündürücü haldır. 

Hər bir ali məktəbin nəzdində tibb məntəqəsi fəaliyyət göstərir, həmin tibb məntəqələrində tələbələr qeydiyyatdan keçirlər. Çox təəssüflər olsun ki, əksər ali təhsil müəssisələrindəki tibb məntəqələri formal olaraq fəaliyyət göstərir. Tələbələrin mütəmadi olaraq qrup şəklində dərsdən sonra məcburi olaraq bir neçə tibbi müayinədən keçməsi vacibdir. Bu vərəmlə, kovidlə və ən əsası ürəklə bağlı müayinə ola bilər. Tələbələrin bu tip müayinələrdən keçməsi çox vacib məsələdir. Bu tibb məntəqələrinin əsas işlərindən biri olmalıdır. Tədris yükü həm ali, orta təhsildə ağırdır. Tələbələr yüklənirlər”. 

Təhsil üzə ekspert Elşən Qafarov bu cür tələbə ölümlərini dərs yükü ilə əlaqələndirməyin absurd olduğunu deyib: 

“Ölkədə təqribən 300 minə yaxın tələbə var və onlar arasında 3 nəfərin sağlamlığı ilə əlaqəli dünyasını dəyişməsi ümumumilikdə dərs yükünün ağırlığı ilə əlaqələndirilə bilməz. 

Bizdə sağlamlıq imkanları baxımından ali və ya orta ixtisasa qəbul olan zaman sağlamlıq arayışı tələb olunmur. Bu baxımdan dünyasını dəyişən tələbələrin sağlamlıq vəziyyətinin hələ ali məktəbə daxil olanda nə yerdə olması məlum deyil. Ona görə də dünyasını dəyişən tələbələrin vəfat etmə səbəbini birmənalı şəkildə ali təhsildə dərs yükünün ağırlığı, ümumiyyətlə təhsillə bağlamaq absurddur”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!