Bu il Cəbrayıl şəhərinə köç olacaq. Şərqi Zəngəzur İqtisadi Rayonu 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə hazırda şəhər mərkəzində 4-5 mərtəbədən ibarət 33 yaşayış binası inşa olunur. Binalarda 712 mənzil olacaq. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri başa çatdıqdan sonra Cəbrayıl şəhərinə 2158 keçmiş məcburi köçkünün qayıtması planlaşdırılır.
Lakin sosial şəbəkədə və xəbər saytlarında şəhərdə salınan yaşayış sahəsinin görüntüsü tənqidlərə səbəb olub. Qeyd edilir ki, tikinti standartlara uyğun aparılmır və şəhərin görüntüsü ürəkaçan deyil. Bunu əks etdirən fotolar da yayılıb.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə binaların tikintisi inşaat qaydalarına uyğun həyata keçirilir: pizza
“Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən həm layihələrin ekspertizası həyata keçirilir, həm də prosesə nəzarət edilir. Bu ondan xəbər verir ki, heç bir halda istər Cəbrayılda, istərsə də digər şəhərlərdə inşa edilən binalar və ya yaşayış komleksləri standartlardan kənar deyil. Sosial şəbəkələrdə mütəmadi olaraq digər bölgələrdə aparılan tikinti işləri ilə bağlı da oxşar rəylər görürük. Füzuli şəhərində də inşaat başlayan zaman sosial şəbəkədə müsbət olmayan fikirlər əksini tapırdı. Amma bu gün Füzuli qurulmaqda olan yeni şəhər olaraq görünüş baxımından fərqlənir. Praktik olaraq orada məskunlaşmış vətəndaşlarla apardığımız söhbətlər onu göstərir ki, həmin binaların tikintisi və mənzillərin təmirində bütün qaydalar gözlənilib.
“Ağıllı kənd” və “Ağıllı şəhər”, həmçinin ənənəvi layihələr əsasında inşa edilən binalarda inşaat qaydalarına ciddi nəzarət var. Proses dövlətin birbaşa nəzarətindədir, qayda pozuntularına yol verilmir”.
Telegram kanalımız