Deputat: “Sən əsəblərini cilovlaya bilmə, meyvəni küçəyə səpələ...“

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Sən əsəblərini cilovlaya bilmə, meyvəni küçəyə səpələ...“

Sosial

13 İyun 2023 09:44 658


"Hər bir insana küçənin kənarında, ictimai yerlərdə meyvə satmaq, alver etmək icazəsi verilsəydi, onda Bakının gözəlliyindən, təmizliyindən, həm də insanların rahatlığından danışmaq mümkün olmazdı". 

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O, sosial şəbəkələrdə meyvələrini yol kənarına tökən sahibkarla bağlı yayılan görüntülərə münasibət bildirib: Pepperoni pizza

"Bəzi hallarda sahibkarlara müəyyən maneələr yaradılması halları var. Ancaq o demək deyil ki, sən əsəblərini cilovlaya bilmə, satdığın meyvələri küçəyə səpələ, bununla etirazını bildir. Doğrudan da imkan yaradılmırsa, bununla bağlı müvafiq qurumlara müraciət etmək, danışıqlar aparmaq olar. Belə insanlara məsləhətim budur ki, müvafiq orqanlarla lazımi qaydada razılığa gəlsinlər, onlar üçün şərait yaradılmasını tələb etsinlər.

Mən də belə insanların incidilməsinin tərəfdarı deyiləm. Çünki sahibkar öz məhsulunu satmalıdır. Təəssüf ki, bir çox hallarda belə insanlara qayğı və diqqətlə yanaşılmır. Bir vətəndaş kimi şahidi olmuşam ki, avtomobilinin baqajında məhsulunu gətirir, amma bazara çıxara bilmir.

Əlbəttə, qadağalar tətbiq olunmalı, amma sahibkarlara lazımi məsləhətlər də verilməli, onlara diqqət göstərilməlidir. Bu adamlarla kobud danışmaq, onları qanun pozuntularına vadar etmək yolverilməzdir. Bir neçə dəfə belə insanlara yaxınlaşıb demişəm ki, sahibkar gətirib məhsulu satır, sən də doğrudan icra nümayəndəliyində, bələdiyyədəsənsə, ən azından sahibkara şərait yarat. Yer təyin et, adam məhsulunu satsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!