Deputat: “Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər?

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər?

Sosial

24 May 2023 13:22 780


“Gənclər niyə ancaq gecə küçəyə çıxmaq istəyirlər? Deməli, bunlar işləmirlər də, faydalı işlə məşğul olmurlar. Yoxsa gecə rahat yatarlar ki, səhər durub işə getsinlər. Nə üçün bunlar küçəyə ancaq elə qısa paltarda çıxmaq istəyirlər? Buna “əyləncə” adı da verməzdim".

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O əlavə edib: "Onlar özləri də valideyn olacaqlar. Yəqin, belə düşünürlər ki, öz övladlarına sərbəstlik verəcəklər. Yoxsa əks halda, bilərdilər ki, valideynləri doğru deyir. Bu nə deməkdir ki, Bakıda gecə gəzəsən, yaxud şortikdə?! Marqarita pizza

Bizim mentalitetdə bu şeylər ayıb sayılır. Bu, ümumi tendensiyaya, xasiyyətə çevrilməməlidir. İnsanlar ətraflarına hörmət qoymalı, sevginin, məhəbbətin müqəddəsliyini dərk etməlidirlər. Ailə həyatı quracaqlarsa, onlar belə açıq-saçıqlıqla necə ailə quracaqlar?

Yəqin, ya faktiki nikahda olacaqlar, ya da sabah heç hüquqi cəhətədən nikaha da ehtiyac duymayacaqlar. Bunlar öz gələcəklərini necə görürlər? Belə düşüncəylə necə öz gələcəklərini quracaqlar? Bununla hara gedirlər? Düşünməlidilər”.

Deputat vurğulayıb: “Bu ki özbaşınalığa, ailə həyatının darmadağın olmasına, yüngül əxlaqa gedib çıxır. Bu nə deməkdir? Bəzən maşınla keçəndə, ya piyada gəzəndə görürəm ki, qızlı-oğlanlı bədənlərini “döydürüblər”, gərəksiz hərəkətlər edirlər. Nə deməkdir? İnternet məkanı da tam əxlaqsızlıqla doludur. Buna görə də valideynlərin həyəcan təbili çalması, qadağalar qoyması tam doğrudur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!