Deputat Günay Ağamalı həmin çıxışına görə Səidəyə pul verib?

saytların hazırlanması

Evə çatdırılma

Deputat Günay Ağamalı həmin çıxışına görə Səidəyə pul verib?

Sosial

01 İyun 2026 17:56 296


Aparıcı Səidə Bəkirqızı deputat Günay Ağamalını müdafiə etməsi və hakimiyyətə yaxınlığı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, iddialarla bağlı Musavat.com-un suallarını cavablandıran aparıcı Günay Ağamalını şəxsən tanımadığını deyib. 

“Mən bu xanım deputatı həyatda heç vaxt görməmişəm. Bir Allah şahiddir ki, Günay xanımın bircə sözünə haqq qazandırmışam ki, bəzi Azərbaycan kişilərində tənbəllik var”, - Səidə Bəkirqızı bildirib. pizza mizza

Aparıcının sözlərinə görə, deputatın digər fikirləri ilə razılaşmayıb və onunla nə alacağı, nə də verəcəyi var: 

“Mənə yazıb soruşurlar  ki, Günay Ağamalı bu çıxışa görə sənə nə qədər pul verdi? Əqidəsini pula satan adamlar elə bilirlər ki, mən kiminsə pulu ilə danışıram. Kimdənsə bir manat da almamışam, pulu öz əziyyətimlə qazanıram. Heç vaxt kiminsə xoşuna gəlim deyə danışmamışam”.

O, hakimiyyətə yaxın olması barədə səsləndirilən fikirlərə də toxunaraq bildirib ki, fəaliyyəti dövründə daim insanların problemlərini gündəmə gətirib, regionlardakı çatışmazlıqları işıqlandırıb və məmurları tənqid edib. S.Bəkirqızının sözlərinə görə, bu mövqeyi səbəbindən vaxtilə "Space" televiziyasındakı verilişi də bağlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!