Milli Konservatoriyanın binası qarşısında Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan 21 yaşlı gənc Elvin İsmayılovun 15 gün həbs edilməsi birmənalı qarşılanmayıb. Bəziləri bildirirlər ki, həmin gəncə xəbərdarlıq etməklə də kiyafətlənmək olardı, həbs cəzası ağır tədbirdir.
Yenisabah.az Pravda-ya istindla xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev də səslənən fikirləri dəstəkləyib:
“Cavandırlar. Bəlkə də anlamadan o hərəkəti ediblər. Gənclər arasında dahi şəxsiyyətlərimizə, maarifçilərimizə, qəhrəmanlarımıza qarşı bu cür hərəkətlər yolverilməzdir. Tələbədirsə, onu tənbeh etmək, haradasa çalışırsa, iş yerində müəyyən söhbət aparmaq olardı. Bu da müəyyən dərəcədə ictimailəşdirilərdi. Gəncdir, yəqin, o da hərəkətinə görə cəmiyyət qarşısında üzr istəyərdi”. Sezar pizza
E.Əliyev qeyd edib ki, gənclər arasında dəyərlərə hörmət, dəyərlərin qorunması istiqamətində çox ciddi iş aparılmalıdır: “Belə halların qarşısını almaq üçün profilaktik maarifçilik işi aparmaq lazımdır. Uzun illərdir, təhsil problemləri ilə məşğul oluram. Universitetlərin qarşısında tələbə davranışlarını müşahidə edin, görün nə çatışmazlıqlar var?
Bu gün televiziyalarda gənclərin davranışları ilə bağlı çox böyük qüsurlar var. Guya televiziyada yumor nümayiş etdirirlər. Tələbə-gənclər də çalışırlar ki, özlərini onlara bənzətsinlər. Yeni ildə beş gün iş olmadı, televiziyada bir dənə olsun intellektual söhbətə rast gəldinizmi? Xeyr. Çünki bu, onlar üçün maraqlı deyil.
Onlar müğənnilərdən, yumoristlərdən müsahibə götürürlər. Olsun, amma bir az da ziyalıya, yazıçıya, şairə yer vermək lazımdır, axı onların fikirləri bütün dövrlərdə cəmiyyətlər üçün çox böyük əhəmiyyət kəsb edirdi. Sosial şəbəkələrdəki çatışmazlıqlar, ziyalı mövqesizliyi faktoru da çox ciddi önəm kəsb edir. Aforizm yazmaqla deyil. Heç çoxu aforizm də yaza bilmir. Cavan adamdır, bir də görürsən, aforzim yazır. Baxırsan, bəlkə də, heç orta səviyyəli biliyi yoxdur”.
Telegram kanalımız