Deputat ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına etiraz etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasına etiraz etdi

Sosial

05 May 2021 10:57 981


“Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur. Digər tərəfdən oxşar praktikadan, yəni ictimai nəqliyyatın fəaliyyətinə icazə verilməməsi bu il Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində də istifadə olundu.  Amma qeyri-iş günlərindən sonra biz ölkəmizdə yoluxma sayının artmasını müşahidə etdik”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis deputatı Vüqar Bayramov deyib. İqtisadçı Ramazan bayramı ilə əlaqədar nəqliyyatın fəaliyyətinin dayandırılmasından söz açıb:

“Bazar günü saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirərək həmin müddətdə ictimai nəqliyyatın da fəaliyyətini dayandırıb. pizza sifarişi

Düşünürəm ki, qeyri-iş günlərində və həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədə uyğun olar. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur.  Xüsusən də günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olar. Bu qeyri-iş günlərində müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!