Deputat Jalə Əhmədova ərinin ölüm səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Deputat Jalə Əhmədova ərinin ölüm səbəbini açıqladı

Sosial

05 Oktyabr 2022 12:32 2602


"Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş".

Yenisabah.az axar-a istinadla xəbər verir ki, bunu deputat Jalə Əhmədova ərinin vəfatı haqda danışarkən deyib.

O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib: "Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq". Sezar pizza

Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var. Mərhum Xaçmaz rayonunda dəfn olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!