Deputat maaşından imtina etdiyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Deputat maaşından imtina etdiyini açıqladı

Siyasət

24 İyul 2026 23:19 599


Ermənistan Parlamentində “Güclü Ermənistan” Partiyasının üzvü Narek Karapetyan maaşından imtina edəcəyini bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə erməni siyasətçi məhkəmənin həyətində jurnalistlərə açıqlamasında bildirib.

“Mən parlamentdə maaş almayacağam, imtina edəcəyəm. Bütün fraksiya isə mükafat pullarından (premiya) imtina edəcək”, – deyə Karapetyan vurğulayıb. pizza mizza

O, həmçinin, böyük ehtimalla, parlamentdəki fraksiyaya şəxsən rəhbərlik edəcəyini qeyd edib.

Parlamentin müxalifətdən olan vitse-spiker namizədinə gəlincə, Karapetyan bildirib ki, namizəd irəli sürüb-sürməyəcəkləri ilə bağlı hələlik yekun qərarları yoxdur.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu bundan bir neçə gün öncə Narek Karapetyana qarşı cinayət işi qaldırdığını elan etmişdi./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!