Deputat Məhərrəmlikdə toy edənləri qınadı:   “Hətta ruslar, ermənilər də...“

saytların hazırlanması

Evə çatdırılma

Deputat Məhərrəmlikdə toy edənləri qınadı: “Hətta ruslar, ermənilər də...“

Sosial

16 Avqust 2021 16:44 9758


14 və 15 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib.

Bir neçə il bundan öncə Məhərrəm ayı zamanı toylar tamamilə dayandırılırdı, kiçik şənliklər belə keçirilmirdi. İndi isə toylara ümumiyyətlə ara verilməməsinin səbəbi nədir?

İnsanlar toylarla bağlı qadağanın yenidən qüvvəyə minməsindən qorxur, yoxsa Məhərrəm ayının ayinlərinə etinasızlıqmı yaranıb? pizza mizza

Milli Məclisin üzvü Aqil Abbas bu haqda Yenisabah.az-a danışıb. O, toy edənləri Allahın insafına buraxdığını bildirib:

“Toyları kim edirsə Allah onlara insaf versin. Əvvəllki zamanlarda Azərbaycanda yaşayan ermənilər, ruslar, digər xalqın nümayəndələri belə Məhərrəm ayına hörmətlə yanaşırdılar, toylar keçirilmirdi.

Bəlkə də insanlar pandemiya şəraitinə görə məcbur olub toy edirlər, içlərində qorxu yaranıb ki, yenidən karantin olacaq. Lakin belə qorxuları varsa gedib kəbin kəsdirsinlər, evlərində 5-10 nəfərlə qeyd etsinlər. Guya bu günə kimi karantin zamanı evlənən olmayıb? Olub 5-10 nəfər yığışıblar toy ediblər. Heç bir problem olmayıb”.

A.Abbas Məhərrəm ayında toy keçirməyi qəbul etmədiyini vurğulayıb:

“20 Yanvarda, 26 Fevralda toy keçirilirmi? Xeyr. O cümlədən İmam Hüseyn şəhidliyində, Məhərrəmlikdə toy etmək doğru deyil. Kim edirsə, Allah xoşbəxt eləsin. Mən bu anlayışı qəbul etmirəm”.

Mehri Qurban

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ağazal
    Bir ərəb hüseyin Azərbaycan fədailərinə necə tay ola bilir bir azərbaycanlı üçün? Gözləmədiyim cavabdır
    5 years ago
    • Atilla
      Atilla
      Biz hər şeydən öncə müsəlmanıq və islam bizim dinimizdə.huseyində peyğəmbərimizin nəvəsi .biz istər istəməz 9nu sevməyə borcluyuq və hörmətlə anmalitiq özümüzü döyməklə yox.qaldiku kim istəmir o onun problemi. Müsəlman aləmində millət xalq anlayışı yoxdu hamimiz Adəm övladıyig
      5 years ago  Like (0)
    • Алиев Тапдыг
      Алиев Тапдыг
      Bu Ereb dediyin butun wehitlerin serkerdesidir wehid Oz caninnan kecib Huseyin.her weyinnen kecib.Allah butun wehidlere rehmet eylesin. Senide hidden eylesin
      5 years ago  Like (0)