Deputat müjdəni verdi - İşsizlərə   şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Deputat müjdəni verdi - İşsizlərə şad xəbər

Sosial

01 İyun 2026 17:22 71


Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajlar bu layihənin reallaşmasının artıq zaman məsələsi olduğunu bir daha təsdiqləyib.

Yeni Sabah xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.

Deputat qeyd edib ki, dövlət başçısı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin təmin olunmasının vacibliyini dəfələrlə vurğulayıb və Zəngəzur dəhlizinin mütləq reallaşacağını bəyan edib. Onun sözlərinə görə, bu proses artıq praktiki mərhələyə keçib. Sezar pizza

Vüqar Bayramov bildirib ki, dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Ermənistan ərazisindən keçən hissənin isə cəmi 40 kilometr olması layihənin daha qısa müddətdə başa çatdırılmasına imkan yaradır.

Deputatın sözlərinə görə, 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına mühüm töhfə verəcək. O vurğulayıb ki, yaxın gələcəkdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək bu nəqliyyat marşrutu Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək, eyni zamanda region ölkələrinin gəlirlərinin artmasına şərait yaradacaq.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin qiymətləndirmələrinə istinad edən deputat qeyd edib ki, Zəngəzur dəhlizinin 2030-cu ilədək istifadəyə verilməsi gözlənilir. Onun sözlərinə görə, bu marşrut vasitəsilə Çindən göndərilən yüklərin Londona çatdırılma müddəti 18 günə qədər azalacaq.

Vüqar Bayramov əlavə edib ki, 10 illik proqnozlara əsasən, dəhliz 50 milyard dollarlıq gəlir formalaşdıracaq və hər il 60 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!