Deputat: “Əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı xəstələr incidilir“

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı xəstələr incidilir“

Sosial

07 Mart 2023 12:10 716


"Parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün hələ də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində problemlər qalır: "Vətəndaşlara verilən göndərişlərin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması kimi şablon cavablar verilir. Nəticədə əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir. Bu da bir çox insanın hüquqlarının pozulmasına gətirib çıxarır. Maraqlıdır ki, bu sahədə Ombudsman Aparatı hansı konkret təkliflərlə çıxış edib”. pizza mizza

K.Əliyeva bildirib: “Parkinson xəstəsi olan şəxslərin əlillik dərəcəsinin qiymətləndirilməsi müvafiq orqan tərəfindən niyə vaxtında düzgün həyata keçirilmir və insanlar incidilir?! Yalnız Ombudsmanın müdaxiləsindən sonra bu cür insanların problemləri həll olunmuş olur. 1990-cı illərdə torpaq islahatları aparıldı və bu zaman bir sıra qanun pozuntularına yol verilmişdi. Bölgələrdə yaşayanlar insanların bir çoxunun hüquqları pozulub. Sualım odur ki, bu məsələ ilə əlaqədar Ombudsman Aparatına müraciət olunubmu və həlli istiqamətində nə kimi addımlar atıla bilər?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!