Deputatdan Qarabağda yaşamaq istəyən qeyri-qarabağlılara məsləhət:   “Zəng edib...”

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan Qarabağda yaşamaq istəyən qeyri-qarabağlılara məsləhət: “Zəng edib...”

Sosial

13 Yanvar 2024 11:58 3416


Qarabağa digər rayonlardan köçmək istəyən şəxslərin sayı günü-gündən artmaqdadır. 

Millət vəkili Vahid Əhmədovun son açıqlamasında bu barədə söylədiyi fikirlər isə cəmiyyətdə marağa səbəb oldu: “Dövlət qarabağlılara dədə-baba torpaqlarında yaşamaları üçün hansı şəraiti yaradacaqsa, Qubadan, Saatlıdan olan insanlar da bu imkanlardan faydalanacaqlar”. 

Qarabağlı olmayan, lakin orada yaşamaq istəyən xeyli şəxsin olduğunu sosial şəbəkələrdən də müşahidə etmək mümkündür. Pepperoni pizza

Bəs görəsən, işğaldan azad olunmuş rayonlara köçüb yaşamaq istəyənlər hara müraciət etməlidir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, bununla bağlı vətəndaşlar Qarabağda binalar tikən özəl şirkətlərlə əlaqə saxlaya bilər: 

“Möhtərəm Prezident də açıqlamalarında dəfələrlə deyib ki, kənar bölgələrdən olan şəxslər də Qarabağda çalışa, yaşaya biləcək. Bu məsələ “Qaçqınkom”un səlahiyyətində deyil, onlar məcburi köçkünlərlə bağlı məsələlərlə məşğul olurlar. 

İnsanlar orada yaşamaq istəyirsə, özəl şirkətlərlə əlaqə saxlaya bilər. Məsələn, Ağdamda özəl şirkətlər evlər tikir. İnsanlar həmin özəl təşkilata zəng vurub 2 yaxud 3 otaqlı ev almaq istədiyini deyə bilər. Burada nə var ki? Orada hündürmərtəbəli neçə bina tikilir. Orada yaşamaq istəyən tikilən binalardan mənzil ala bilər. Vətəndaşlar şirkətlə əlaqə saxlayıb hansı sənədlərin lazım olduğunu soruşub pulunu ödəyib mənzilini ala bilər, sonra istədiyi vaxt köçüb Qarabağda yaşaya bilər. Cənab Prezident deyib ki, məcburi köçkünlərə - yerli əhaliyə evləri dövlət verəcək. Amma kənar bölgədən gəlib orada yaşamaq istəyənlərə də heç bir məhdudiyyət qoyulmayacaq, onlar öz vəsaitləri hesabına ev alıb rahatlıqla Qarabağda yaşaya bilərlər”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!