Deputat: “Yoluxma azalır, toylarla bağlı yeni standartlar yaranacaq” - Video

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Yoluxma azalır, toylarla bağlı yeni standartlar yaranacaq” - Video

Sosial

06 May 2021 19:58 1605


Qarşıdakı aylarda toylarla bağlı bəlli qaydalar çərçivəsində yeni standartlar yaranacaq.

Yenisabah.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

“Bu gün ölkəmizdə əhalinin 7-8 faizi peyvəndlənib. Lakin vətəndaşların 50-60 faiz vaksinasiya olunmayana və ya koronavirus məhv olmayana qədər bütün qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik. pizza

Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükcə mədəni və sosial həyatımızda toyların keçirilməsi və s. kimi məqamlar üçün bəlli qaydalar çərçivəsində standartlar yaranacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir”, - o bildirib.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!