Deputata səfərbərlik üçün çağırış vərəqəsi gəldi

saytların hazırlanması

Evə çatdırılma

Deputata səfərbərlik üçün çağırış vərəqəsi gəldi

Dünya

29 Sentyabr 2022 16:35 1059


Rusiya Dövlət Dumasının deputatı, ağır çəkili boks üzrə keçmiş dünya çempionu Nikolay Valuev Ukraynaya qarşı müharibəyə səfərbər olunmaq üçün çağırış vərəqəsi aldığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə siyasətçi Telegram kanalında bildirib.

"Sıravi Valuyev Rusiya Federasiyası Dövlət Dumasında içalışdığı müddətdə rütbəsini qaldırmayıb. Vətən çağırırsa - gedəcəm”, – o deyib. Marqarita pizza

Deputat çağırış vərəqəsinin şəklini də paylaşıb. Orada Valuevdən sentyabrın 15-də Sankt-Peterburq Komissarlığında olması xahiş edilir.

Keçmiş idmançı bildirib ki, parlamentin plenar iclasları başa çatandan sonra hərbi komissarlığa getməyə hazırlaşır.

Sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. O bildirib ki, hərbi xidmətdə təcrübəsi olan, qoşunlar arasında tələbat olan hərbi ixtisaslara malik ehtiyatdakı hərbçilər səfərbər olunacaqlar. Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, 300 minə qədər adamın çağırılması planlaşdırılır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!