Deputatdan uşaq puluyla bağlı açıqlama: “300 manat da, 3000 manat da azdır“

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan uşaq puluyla bağlı açıqlama: “300 manat da, 3000 manat da azdır“

Sosial

03 İyun 2022 14:57 1163


"Maraqlıdır, hazırda büdcə "uşaq pulu"nu qarşılamağa hazırdırmı? Ümumiyyətlə, hansı yaş kateqoriyasından olan uşaqlara nə qədər pul ödənilə bilər?"

Yenisabah.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində "uşaq pulu"nu tələb edən insanlar iki kateqoriyaya bölünürlər:

“Biri "uşaq pulu" adı ilə alınan vəsaiti öz şəxsi istehlakı üçün xərcləmək istəyən, pula ehtiyacı olan ailələrdir. Birdə ki, uşaqların sağlam böyüməsi üçün bu pulun zərurətini anlayan ailələr var. Mən hər halda ikinci kateqoriyanın haqlı olduğu düşüncəsindəyəm. Yəni bu pul uşağa ona görə verilmir ki, valideyn onu istədiyi yerə xərcləyərək mebel alsın, divan və ya stol-stul alsın. Bu pul uşağa zəruri qida, dərman vasitələri və geyim alınması üçün verilir. Həmçinin, "uşaq pulu" onun idmanla məşğul olması üçün şərait yaradan müəyyən xərcləri öz üzərinə götürməlidir. Ona görə də biz daha çox "uşaq pulu" tələbini onun üzərində qurmalıyıq ki, bu, konkret olaraq uşağın sağlamlığına fayda verə biləcək bir vəsait olmalıdır. Həmin vəsait də büdcəyə görə müəyyən olunur. Hər halda uşaq üçün 300 manat da, 3000 manat da versən azdır. Çünki tələbat kifayət qədər böyükdür. Ona görə optimal qiyməti iqtisadçılar müəyyən etməlidir. Fikrimcə bu, minumum əməkhaqqından aşağı səviyyədə nəzərdə tutulmamalıdır. "Uşaq pulu" 1-6 yaş arası olan birinci kateqoriyaya, sonra isə 6-12 arası uşaqlara ödənilə bilər”.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!