Deputatın həyatını itirdiyi hoteldə illər sonra daha bir nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Deputatın həyatını itirdiyi hoteldə illər sonra daha bir nəfər öldü

Hadisə

14 Fevral 2026 15:18 541


Fevral ayının 13-də günorta saat 14 radələrində Qusar rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Boris Merzlyakovun cəsədi aşkar edilib.

"Yeni Sabah" Bizim.Media-ya istinadla məlumat verir ki, meyitə baxış keçirilən zaman onun üzərində hər hansı zorakılıq izləri müəyyən edilməyib.

Mərhumun ölümünün dəqiq səbəbi hələlik məlum deyil. Sezar pizza

Məlumat üçün bildirək ki, hadisə rayonun Çiləgir kəndində yerləşən "Chateau" hotelində qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə millət vəkili Astan Şahverdiyev də məhz adıçəkilən hoteldə ürək çatışmazlığından həyatını itirmişdi. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!