Deputatın siqaret çəkən qadınlarla bağlı dediklərinə cavab: “Hamımızı eyni aqibət gözləyir”

saytların hazırlanması

Evə çatdırılma

Deputatın siqaret çəkən qadınlarla bağlı dediklərinə cavab: “Hamımızı eyni aqibət gözləyir”

Sosial

07 Avqust 2023 17:09 2696


Xəbər verdiyimiz kimi, bu gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti bahalaşıb. Bildirilib ki, siqaretlərin qiyməti firmalar tərəfindən bahaşadırılıb. Firmalar bütün siqaretlərin qiymətinə 10 qəpik əlavə edib.

 Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Tahir Rzayev bu bahalaşmadan məmnun qaldığını bildirib və spirtli içkilərin də qiymətinin artırılmasını təklif edib:

"Siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam. Artırılıbsa, çox yaxşı olub. Qoy artsın. "İstərdim ki, spirtli içkilərin də, insanın psixologiyasına, səhhətinə təsir edən məhsulların qiyməti bahalaşsın. Əksər ölkələrdə bu məhsulların qiyməti çox bahadır. Hətta bəzi ölkələrdə siqaretə qadağalar qoyulur". pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı Şərif Ağayar millət vəkilinin bu fikirləri ilə qətiyyən razılaşmadığını bildirib.

Onun sözlərinə görə, siqaret çəkənlərin və içki içənlərin sayının azalması üçün qiymətlərin artırılması  absurddur:

"Hər cür bahalaşmanın əleyhinəyəm. Bahalaşmada mənəvi dəyər axtarmaq lətifədir. Bəli, bahalaşma bəzən qaçılmaz olur və iqtisadi tənzimləmə rolunu oynayır. Bu zaman maaşlar, təqaüdlər və sosial müavinətlər də artırılmalıdır. Hər şey vətəndaş üçün! Vətəndaşa narahatlıq yaradan, onun normal yaşayışını pozan hər şey dövlət tərəfindən aradan qaldırılmalıdır. 

Bu an dövlətimiz siqaret çəkən vətəndaşları bahalaşma qarşısısında köməksiz qoyub. Bu o deməkdir ki, digər bahalaşmalar qarşısında da hamımızı eyni aqibət gözləyir. Siqaret çəkən və içki içən adamların sayının azalması isə ayrı bir işdir. Bunu bahalaşma ilə nizamlamaq cəhdi, dediyim kimi, lətifədir. Zorla gözəllik olmaz".

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!