“Deputatların çoxu restoran biznesi ilə məşğul olur”

saytların hazırlanması

Evə çatdırılma

“Deputatların çoxu restoran biznesi ilə məşğul olur”

Sosial

20 İyun 2022 17:44 2644


“Bilirsiniz, Azərbaycanda iaşə obyektlərində baş alıb gedən qanunsuzluqların qarşısını niyə almaq olmur? Niyə ağılasığmaz qiymətlər, zəhərlənmə hadisələri ört-basır edilir? Çünki adlı-sanlı restoranların, ticarət obyektlərinin əksəriyyətinin arxasında dövlət məmurları, deputatlar durur”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında ictimai xadim, yazıçı Xeyrəddin Qoca səsləndirib. Xeyrəddin Qoca bildirib ki, bu restoran sahiblərinin nəfsi o qədər güclüdür ki, şişirdilmiş qiymətlərlə xalqın hər qəpiyinə göz dikiblər.

“Hansı restoranda hesaba irad bildirsən, kimsən, nəçisən demədən, qapını göstərirlər. Kartofun adını dəyişib “La kartofe” qoyurlar, qiymət olur 7-8 manat. Hesabın üstünə əlavə 15-20 manat xidmət haqqı gəlirlər. Restoranlara nəzarət edən xüsusi bir qrum olsaydı, onlarda bu cür özbaşnalıq tüğyan etməzdi”. Marqarita pizza

Yazıçı restoranlarda hər gün rast gəlinən qiymət artımı və qayda pozuntularının Milli Məclisdə müzakirə olunmamasını restoranların çoxunun gerçək və gizli sahiblərinin məhz deputatlar olması ilə əsaslandırıb:

“Bər-bəzəkli restoranların çoxunun əsl sahibi deputatlar olduğu üçün orada olan süni qiymət artımını Milli Məclisdə müzakirəyə çıxarmırlar.

Qanuna görə deputatların kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır, ona görə də onlar hansısa obyektlərini yaxın adamlarının adına keçirərək dolayı yolla həmin məkanları idarə edirlər.

Onların arasında açıq şəkildə restoran biznesi ilə məşğul olanlar da var. Yəni, necə deyəsən ki, müəllim, “səndən sənə şikayətim var”. Kim baxacaq o şikayətə ki, qaydanı pozan da, şikayətə baxan da özüdür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!