Deputatların maaşı artır: “Qara camaatı düşünən yoxdur” - Video

saytların hazırlanması

Evə çatdırılma

Deputatların maaşı artır: “Qara camaatı düşünən yoxdur” - Video

Sosial

21 İyun 2022 20:58 1345


“Millət vəkilləri sadəcə özlərini düşünür, qara camaatı düşünən yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Baku TV-nin sorğusuna əsasən paytaxt sakini bildirib.

Belə ki, sorğuda deputatın statusu haqqında qanuna təklif edilən dəyişikliyə görə Milli Məclis üzvlərinin maaşının artırılması məsələsi sakinlərin fikirləri öyrənilib. Dördpendirli pizza

Təklif olunur ki, Milli Məclis sədrinin aylıq məvacibi 2475 manatdan 3550 manata, birinci müavinin maaşı 2227 manatdan 3195 manata, müavinin maaşı 2103 maaşdan 3017 manata, komitə və komissiya sədrlərinin maaşı 1980 manatdan 2840 manata, onların müavinlərinin maaşı 1856 manatdan 2662 manata, deputatların aylıq məvacibləri isə 1732 manatdan 2485 manata çatdırılsın.

Qeyd edək ki, qanunverici orqanın üzvləri hər ay maaşlarının bir misli qədər əlavə vəsait alırlar.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!