Deputatların məzuniyyət pulu gündəm oldu: 21 min manata qədər...

saytların hazırlanması

Evə çatdırılma

Deputatların məzuniyyət pulu gündəm oldu: 21 min manata qədər...

Sosial

14 İyul 2023 17:00 1747


Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, iclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib. Dominos pizza

Milli Məclis üzvlərinin məzuniyyət zamanı alacaqları müavinət bu formadadır:

- Spiker - 21 min 300 AZN;

- Spikerin birinci müavini - 19 min 170 AZN;

- Spikerin müavinləri - 18 min 105 AZN;

- Komitə və komissiya sədrləri - 17 min 40 AZN;

- Komitə və komissiya sədrlərinin müavinləri - 15 min 975 AZN ;

- Deputatlar - 10 min 400 AZN;

Qeyd edək ki, Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!