Dərmanlar baha satılır - Bəs Tarif Şurasının qərarı? - Video

saytların hazırlanması

Evə çatdırılma

Dərmanlar baha satılır - Bəs Tarif Şurasının qərarı? - Video

Sosial

25 Sentyabr 2023 17:07 389


Tarif Şurasının qərarı ilə dərmanların qiymətlərinin yuxarı həddi təsdiq  olunub. Bununla dərmanların təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satılacağı bildirilirdi. Amma qərardan təxminən bir həftə ötməsinə baxmayaraq icrası reallaşmır. Çünki nə alıcılar bu ucuzluğu hiss edir, nə də satıcılar.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, apteklər də təsdiq edirlər ki, Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddi təsdiq edilib. Lakin qiymətlərdə ucuzlaşma müşahidə edilmir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Tarif Şurasının bu qərarı qiymətlərin ucuzlaşacağına dəlalət etmir. Marqarita pizza

Bu qərar qəbul olunanadək də dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri vahid qiymətə satılırdı.

İndi isə həmin vahid qiymətlər yuxarı hədd olaraq təsdiq edilib. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!