Deşam: “Favorit İspaniyadır”

saytların hazırlanması

Evə çatdırılma

Deşam: “Favorit İspaniyadır”

İdman

14 İyul 2026 16:16 58


Fransa millisinin baş məşqçisi Didiye Deşam yarımfinal qarşılaşması öncəsi İspaniyanı favorit adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, 58 yaşlı fransız mütəxəssis bunu “matador”ların turnir ərzində cəmi 1 top buraxması ilə əlaqələndirib:

"Təsdiq edə bilərəm ki, favorit İspaniyadır. Luis de la Fuente və komandasına əlavə təzyiq yaratmaq istəmirəm, çünki o da bilir ki, hamının İspaniyadan böyük gözləntiləri var. Sezar pizza

Onlar həm hücumda, həm də müdafiədə çox yaxşı oynayırlar. 7 oyunda cəmi 1 qol buraxıblar. Bu, möhtəşəm bir qarşılaşma ola bilər. Çünki böyük hücum potensialına malik iki komanda üz-üzə gələcək.

Hər iki komanda ilk növbədə yaxşı müdafiə olunmağa çalışır. Amma hər iki tərəfin hücum keyfiyyətini nəzərə alsaq, möhtəşəm bir matçın olacağını gözləmək olar".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!