“Deyirlər ki, bu fəlakət orada yaşayanların günahlarının cəzasıdır” - Hacı Şahin zəlzələdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Deyirlər ki, bu fəlakət orada yaşayanların günahlarının cəzasıdır” - Hacı Şahin zəlzələdən danışdı

Maraqlı

23 Fevral 2023 10:34 4436


Türkiyədə baş verən təbii fəlakət ciddi müzakirələrə səbəb oldu. 42 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələni “Allahın işi”l, “alın yazısı” kimi qiymətləndirənlər də tapıldı. 

Bəs görəsən, bu tip hadisələr həqiqətən alın yazısıdır, yoxsa kimlərinsə məsuliyyətsizliyi? 

İslamda “alın yazısı” anlayışı varmı?  Pepperoni pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli İslam dinində belə anlayışın olmadığını bildirib: 

“Ümumiyyətlə, dində “alın yazısı” anlayışı yoxdur. İslamda öncədən müəyyən edilmiş həyat yolu məfhumu yoxdur. İnsanlar öz seçimlərinə görə məsuliyyət daşıyırlar. Qurani-Kərimdə qeyd olunur ki, biz insana doğru yol göstərdik, istər şükr etsin, istər nankor olsun. Bu onu göstərir ki, insan öz həyatında doğru və yanlış arasında qaldığı zaman ağlı, şüuru ilə düşünüb doğrunu yanlışdan seçməyi bacarmalıdır. 

İnsan yeganə varlıqdır ki, seçim azadlığına sahibdir və bu Allah tərəfindən ona bəxş edilmiş xüsusiyyətdir. Ona görə də bu kimi halları kimlər üçünsə cəza kimi təqdim etmək doğru deyil. Bəzən deyirlər ki, bu fəlakət orada yaşayanların günahlarının cəzasıdır. Allahın hikməti çox mürəkkəb mövzudur, biz bu hikməti sadə, primitiv şəkildə izah edə bilmərik. İnsanları ittiham etmək ən asan və yanlış yoldur. Təbii ki, insanlar öz talelərinə görə məsuliyyət daşıyırlar. Həmin binaların tikintisi zamanı məsuliyyətsizliyə yol vermiş insanlar Allah qatında da günah sahibidirlər. İnsanların öz yanlışlarını Allahın adına yazmaları kökündən səhvdir. Təbii fəlakət adından da göründüyü kimi təbii hadisədir və təbiət hadisəsidir, dünyanın müxtəlif yerlərində, seysmik zonalarda bu cür hallar baş verir. Təbii ki, heç nə Allahın iradəsindən kənar baş vermir, amma bu o demək deyil ki, biz birbaşa, qəti şəkildə deyək ki, o insanlar günahkar idilər və Allah onlara bəla verdi. Bu yanlış yanaşmadır”. 

İlahiyyatçı qeyd edib ki, insanlar başqalarını qınamaq əvəzinə, bu cür faciələrdən nəticə çıxarmalıdır: 

“Bizim üzərimizə düşən vəzifə bu kimi hadisələrdən düzgün nəticə çıxarmaq, bu kimi mövzulara məsuliyyətli yanaşmaqdır. Bu sahə ilə məşğul olan insanlar hadisədən nəticələr çıxarmalıdır. Bu, həm də həyat prioritetlərimizi yenidən nəzərdən keçirmə fürsətidir. Bütün bunlar dünyanın faniliyini göstərən hadisələrdir. Bir anın içində insan ömür boyu topladığı sərvətdən məhrum ola bilir, insanların elementar həyat şəraitindən məhrum olma ehtimalı var, ona görə də insanlar bu kimi hadisələr zamanı daha geniş düşünməli və dərs almalıdırlar”. 

Hacı Şahinin sözlərinə görə, bu kimi fəlakətlər həm də insanların yaxınlaşmasına, bir-biri ilə yardımlaşmasına vəsilə olur: 

“Onu da qeyd edim ki, bu kimi fəlakətlər insanların yaxınlaşmasına xidmət edir. İnsan başqaları ilə həmdərd olmağı bacardığı üçün insandır. Biz belə anlarda bacı-qardaşlarımızla həmdərd olmağı, onların yanında olmağı düşünməliyik. Azərbaycan xalqı bu dəfə də hadisə zamanı özünü müsbət yöndən göstərdi. Bütövlükdə xalq səfərbər oldu, əlindəki bütün imkanlarla öz qardaşlarının köməyinə tələsdi. Bu kimi dəyərlərin yaşaması önəmlidir. Dünyada fəlakətlər də, pandemiyalar da həmişə olub və olacaq, əsas olan isə insan məsuliyyəti, mərhəməti və digərlərinə ürək yandırmasıdır”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!