Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başa çatdı
02 Dek 2021 21:43
477

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başa çatdı

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.

Yenisabah.az xəbər verir ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən sayca dördüncü səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edib.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət ediblər. Soydaşlarımız qədim şəhərdə aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olublar.

Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər