“DIGITAL CHALLENGE AZERBAIJAN” yarışına qeydiyyat başladı

saytların hazırlanması

Evə çatdırılma

“DIGITAL CHALLENGE AZERBAIJAN” yarışına qeydiyyat başladı

İqtisadiyyat

02 Sentyabr 2026 09:49 27


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində proqramlaşdırma və kibertəhlükəsizlik sahələrini əhatə edən “DIGITAL CHALLENGE AZERBAIJAN” yarışının qeydiyyatına start verilib.

“Yeni Sabah” xəbər verir ki, yarış ölkədə yüksək potensiala malik mütəxəssislərin üzə çıxarılması, rəqəmsal sahələrə marağın artırılması və kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Layihədə 17 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Mübarizə iki əsas istiqamətdə aparılacaq: proqramlaşdırma üzrə yarışlar fərdi formatda və Azərbaycan dilində keçiriləcək, alqoritmik düşüncə ilə süni intellekt alətlərindən istifadə bacarıqları qiymətləndiriləcək. Kibertəhlükəsizlik üzrə yarışlar isə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və "Technion" Texnologiya İnstitutunun əməkdaşlığı ilə komanda formatında və ingilis dilində təşkil olunacaq. İştirakçılar CTF, Hackathon və Azərbaycanda ilk dəfə tətbiq olunacaq Cyber War formatlarında güclərini sınayacaqlar. Toyuqlu pizza

Üç mərhələdən ibarət yarışın finalı oktyabrın 24-də “Digital Challenge və İKT sərgisi” çərçivəsində keçiriləcək və hər istiqamət üzrə 3 qalib seçiləcək. İştirakçılar həmçinin potensial işəgötürənlərlə birbaşa əlaqə qurmaq imkanı qazanacaqlar. Hər şəxsin yalnız bir istiqamət üzrə müraciət edə bildiyi qeydiyyat prosesi sentyabrın 30-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!