Dilan Polat məktub yazdı: “Mən burada boğuluram”

saytların hazırlanması

Evə çatdırılma

Dilan Polat məktub yazdı: “Mən burada boğuluram”

Şou

21 Dekabr 2023 07:33 760


Çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs edilən türkiyəli məşhur Dilan Polat ailəsinə məktub göndərib.

“Canım anam, sənin üçün çox darıxmışam. Kübra, səni elə çox sevirəm ki. Həmişə deyirəm ki, yaxşıyam, amma heç yaxşı deyiləm. Mən burada boğuluram. İndi saat 20:30-dur və biz o qədər darıxmışıq ki... Nilgünlə dörd divar arasındakı otaqda irəli-geri var-gəl etdik... Ayaqlarım ağrıyır. Hər gün onu düşünməkdən...”, - deyə məktubda deyilir.

Xatırladaq ki, daha əvvəl yayılan xəbərlərdə Mərmərə həbsxanasında saxlanılan Dilan Polatın Çorlu həbsxanasında cəza çəkən əri Engin Polatla telefonla danışdığı və danışıq zamanı ərinə intihar etmək istədiyini dediyi bildirilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!